Bazar ertəsi , May 6 2024
Ana səhifə / Araşdırma / İstanbulda terror aktında həlak olmuş qızın meyiti Azərbaycana gətiriləcək

İstanbulda terror aktında həlak olmuş qızın meyiti Azərbaycana gətiriləcək

İstanbulun “Reina” gecə klubunda terror aktında öldürülmüş azərbaycanlı qızın qohumları Türkiyədəki Rusiya səfirliyinə müraciət ediblər. Yaxınlarının arzusuna müvafiq olaraq, qızın meyiti Azərbaycana gətiriləcək.
Daha əvvəl bildirildiyi kimi, yerli hüquq-mühafizə orqanları həlak olmuş Nurina H.-nin anadan olduğu yerə görə Azərbaycan vətəndaşı olduğunu güman ediblər. Sonradan məlum olub ki, qızın Rusiya pasportu da varmış.
*   *   *10:47
Türkiyədəki Rusiya Baş konsulluğunun verdiyi məlumata əsasən, İstanbuldakı “Reyna” gecə klubunda baş vermiş terror aktında həlak olmuş, Azərbaycan vətəndaşı olduğu düşünülən qız əslində Rusiya vətəndaşı imiş.
Virtualaz.org bildirir ki, bu barədə mənbəyə istinadən TASS agentliyi xəbər verib.
“Onun şəxsiyyəti müəyyən edilib, sənədlər Rusiya vətəndaşı olduğöunu sübut edir”, – konsulluqdan məlumat verilib.
Xatırladaq ki, Türkiyə tərəfi hadisə vaxtı həlak olanların və yaralananların hamısının şəxsiyyətini müəyyən edib. Ölənlər arasında daha bir azərbaycanlı kişinin olduğu bildirilirdi.

Həmçinin oxuyun

Pomidor və xiyarın qiyməti niyə əl yandırır? – ARAŞDIRMA

Mövsümi olsa da, bazarlarda pomidor və xiyarın qiymətində gözlənilən ucuzlaşmanı müşahidə edə bilmirik. Hazırda bazarlarda …

Bir cavab yazın