Ana səhifə / İqtisadiyyat / Amerikadan Rusiyayla bağlı şok qərar – 35 diplomatı geri göndərir

Amerikadan Rusiyayla bağlı şok qərar – 35 diplomatı geri göndərir

ABŞ 35 rusiyalı diplomatı ölkədən göndərir.

Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Reuters” Amerika Dövlət Departamentindəki mənbəsinə istinadən yayıb.

Məlumata əsasən, diplomatlara ölkədən çıxmaq üçün 72 saat vaxt verilib. ABŞ-ın ölkədən göndərdiyi rəsmilər Vaşinqtonda və San-Fransiskoda işləyən rusiyalılardır.

Bundan başqa, qeyd edilir ki, Rusiyanın Nyu-York və Merilend ştatlarındakı iki diplomatik yaşayış kompleksi bağlanır.

ABŞ bu sərt tədbirləri Amerika diplomatlarının Rusiyada sıxışdırılması ilə əlaqələndirir.

 

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatına nə qədər kredit qoyulub?

2024-ci il aprel ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442.7 milyon manat təşkil …

Bir cavab yazın