Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Kriminal / VÖEN-i olandan nağdlaşdırma vergisi tutulacaq

VÖEN-i olandan nağdlaşdırma vergisi tutulacaq

“Həm sadələşdirilmiş vergi ödəyiciləri, həm də Əlavə Dəyər Vergisinin ödəyiciləri pul vəsaitini nağdlaşdıran zaman 1% vergini ödəməli olacaqlar”.
“Marja”nın məlunmatına görə, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.

O şərhinə belə davam edib: “Sadələşdirilmiş vergi hasilatdan, yəni daxil olmuş məbləğdən tutulan vergidir. Əlavə Dəyər Vergisi də ümumi dövriyyədən hesablanır. Yəni, vergitutma obyekti mal və işlərin təqdim olunmasına görə dövriyyələrdir. Nağdlaşdırmaya tətbiq ediləcək 1% verginin tutulması üçün isə obyekt fərqlidir, yəni pul vəsaitlərinin nağdlaşdırılıması vergiyə cəlb edilir. Burada tamamailə fərqli vergitutma obyektləri olduğundan ikiqat vergitutmadan söhbət gedə bilməz. Vəsait istər kart, istərsə də birbaşa çek vasitəsilə nağdlaşdırılırsa mənbədə 1% vergiyə cəlb olunacaqdır. Bu vergi banklar tərəfindən hesablanıb dövlət büdcəsinə ödəniləcəkdir”.

Həmçinin oxuyun

Özünü ölmüş kimi təqdim edən MTK direktoruna hökm oxundu

Dələduzluqda təqsirləndirilən MTK direktoru Rafət Qəniyevə hökm oxunub. Bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin …

Bir cavab yazın