Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Araşdırma / Bakıda “Metropark” ticarət mərkəzi yaxınlığında partlayış-yanğın

Bakıda “Metropark” ticarət mərkəzi yaxınlığında partlayış-yanğın

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, eləcə də, hüquq-mühafizə orqanlarının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər. Partlayış nəticəsində başlayan yanğın söndürülüb, partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Məlumata görə, ərazidə pilot layihə həyata keçirilir və “Rahatlığın məkanı” tikinti şirkəti söküntü işləri aparır. Qazanxananın işlədiyi dövrdən qalan köhnə mazut çənini həyətdən çıxarmaq mümkün olmadığından, çən şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub. Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.

*   *   *21:20

Bakının Nərimanov rayonunda yanğınla nəticələnən partlayış baş verib.

APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, hadisə “Metropark” ticarət və əyləncə mərkəzinin yaxınlığında, dörd mərtəbəli yaşayış binasının qarşısındakı avtomobil qarajında baş verib. Məlumata görə, partlayışdan sonra güclü yanğın başlayıb. Yanğın zamanı alov ətrafa yayılaraq, qarajın yaxınlığında dayanmış “Volkswagen” markalı avtomobilə keçib. Nəticədə, avtomobilin mühərrik hissəsi yanıb.

Partlayış zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə dərhal bir neçə yanğınsöndürmə briqadası cəlb olunub və yanğın söndürülüb.

Hadisənin baş vermə səbəbi müəyyənləşdirilir.

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …

Bir cavab yazın