Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Dollar qıtlığını kimlər yaradır?

Dollar qıtlığını kimlər yaradır?

Artiq bir ayran da çoxdur ki, banklar dollar satışını dayandırıblar. Görəsən bu qərarı qəbul edən məmurlar anlayırlarmı ki, onların bu addımı hansı fəsadlar yaradır? Minlərlə insan xaricdə oxuyan övladının təhsil haqqını ödəmək, xaricdə müalicə olunmaq məqsədilə milli valyuta əllərində dollar axtarışındadırlar. Onlar son nəticədə bu dolları tapırlar – ancaq haradan və hansı qiymətə? Bir tərəfdən qara bazara qarşı mübarizə aparırıq deyib, digər tərəfdən insanları bu şəkildə ora yönəltməklə biz nəyə nail oluruq görəsən? Qara bazarı bu qədər eybəcər bir formada yaşatmaq kimə lazımdır? Xarici valyutanın satışını dayandıran məmurlar yəqin ki, hər kəsdən daha yaxşı anlayırlar ki, bu eyni zamanda ölkədə ərzaq və dərman qıtlığına və onların qiymətlərinin qalxmasına səbəb olacaq. Bu adamlar kimə xidmət edirlər? Mən bir onu başa düşürəm ki, onlar Prezidentə deyil öz maraqlarına xidmət edirlər. Bu əməllərin adı sadədir – bu təxribatdır.

Fikrət Yusifov, sabiq maliyyə naziri

Azinforum.az

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın