Cümə axşamı , May 2 2024
Ana səhifə / Media / Havanın pisləşməsi Quba-Xaçmaz yolunda avtomobil qəzalarına səbəb olub

Havanın pisləşməsi Quba-Xaçmaz yolunda avtomobil qəzalarına səbəb olub

Havanın kəskin pisləşməsi və qarın yağması Quba-Xaçmaz yolunda 10-dan çox avtomobil qəzasına səbəb olub. “Report” xəbər verir ki, qəzalar günün ikinci yarısından sonra, yolun buz bağlaması nəticəsində qeydə alınıb.

Qəza zamanı ciddi xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Qəzaların əksəriyyəti zəncirvari olub. Ən çox qəza Quba-Xaçmaz yolunun Zərdabi və Alekseyevka ərazilərindən keçən hissəsində qeydə alınıb. Burada çinar ağacları yola yaxın olduğundan, yoldan çıxan maşınlar ağaclara dəyərək qəza törədiblər.

Quba rayon Polis şöbəsindən sürücülərə bununla bağlı xəbərdarlıq edildiyi bildirilib:

“Sürücülərə diqqətli olmaları, mümkün qədər əyləc sistemindən az istifadə etmələri və nasaz avtomobillə yola çıxmamaları tövsiyə olunur”.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın