Şənbə , Aprel 27 2024
Ana səhifə / Aktual / Uşağın əli ətçəkənin içində qaldı

Uşağın əli ətçəkənin içində qaldı

Beyləqanda azyaşlının əli ətçəkən maşında qalıb.

Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Beyləqan şəhərində mənzildə azyaşlı uşağın əli ətçəkən maşında sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər ətçəkənin detallarını kəsib və uşağın əlinin çıxarılmasına nail olublar. Uşaq xilasedicilər tərəfindən Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın