Cümə axşamı , May 2 2024
Ana səhifə / Köşə Yazarları / “Rossiya 24” telekanalından daha bir ermənipərəst HƏYASIZLIQ…

“Rossiya 24” telekanalından daha bir ermənipərəst HƏYASIZLIQ…

Rusiyanın “Rossiya 24” telekanalı yenə də öz ampluasındadır.

Telekanal “Vesti” xəbərlər proqramında səhərdən bir neçə dəfə tnınmamış Dnestryanı Respublikada prezident seçkiləri keçirildiyindən dəm vurur və tanınmamış respublikalardan seçkiləri izləmək üçün müşahidəçilərin təşrif buyurduğunu bildirərkən xüsusi vurğu ilə Dağlıq Qarabağ Respublikasından da müşahidəçilərin gəldiyini qabardır.
Bu fakt bir daha rəsmi Moskvanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasının nədən ibarət olduğunu göstərir.

Məsələnin acınacaqlı tərəfi odur ki, Kremlin əsas təbliğat ruporu hesab edilən və Putinin qeyri-rəsmi sözçüsü kimi tanınan “Rossiya 24” telekanalında vaxtaşırı olaraq strateji müttəfiq hesab etdikləri Azərbaycanı qıcıqlandıracaq bu cür alçaq materialları çəkinmədən, həyasızcasına verirlər.  (Moderator.az)

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın