Bazar ertəsi , May 6 2024
Ana səhifə / Köşə Yazarları / RATİ-yə qarşı məhkəmə prosesi başlayır

RATİ-yə qarşı məhkəmə prosesi başlayır

İyulun 1-də Bakı İqtisad Məhkəməsində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna qarşı iddia üzrə hazırlıq iclası keçirilib. İddianı Vergilər Naziriyi qaldırıb. Nazirlik RATİ-ni vergidən yayınmaqda ittiham edir. Bu barədə Turan-a RATİ-nin hüquqşünası Günay İsmayılova bildirib. İttihamın konkret detalları məlum deyil.

Xatırladaq ki, RATİ 2014-cü ilin avqustunda hakimiyyət tərəfindən qapadılıb. Bu QHT-nin ofisində axtarış aparılıb, sənədlər və kompüterlər götürülüb. Sonradan cinayət işi qaldırılıb və istintaq RATİ rəhbərliyinin qanunsuz sahibkarlıq, vergidən yayınma hallarına yol verdiyini bəyan edib. RATİ rəhbəri Emin Hüseynov 2015-ci il iyunun 12-dək İsveçrə səfirliyində gizlənib və sonradan bu ölkədə sığınacaq alaraq oraya gedib

Həmçinin oxuyun

Yardım etdiklərimizin minnəti…

Vaxtım və həvəsim olanda “TikTok”-da canlı yayım açıram. Əsasən gündəm mövzularından danışıram. İnteraktivliyi təmin etmək …

Bir cavab yazın