Ana səhifə / Siyasət / Ağcabədi icra hakimiyyəti FHN-i təkzib edir

Ağcabədi icra hakimiyyəti FHN-i təkzib edir

Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytının yaydığı xəbərə görə, Afşar bələdiyyəsi ərazisində yanğın olub və xeyli kol-kos yanıb. Yanğınsöndürənlər yanğını söndürüblər. Biz məsələni aydınlaşdırmaq üçün FHN-nin mətbuat xidmətinə müraciət etdik. Ancaq xidmətin əməkdaşı Ayaz Qasımov suallarımıza cavab verməkdən imtina etdi: “ Suallarınıza ancaq xidmətin rəhbəri cavab verə bilər”. Onda biz Ağcabədi RİH ilə əlaqə saxladıq. İH başçısının müavini Hafiz Mehdiyev olayı inkar elədi: “ Ağcabədi ərazisində heç bir yanğın olmayıb. Yanğın Beyləqan rayonundakı “Haramı düzündə” olub”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın