Ana səhifə / Sosial / Yerevan məktəblərində Sarkisyan əleyhinə şüarlar

Yerevan məktəblərində Sarkisyan əleyhinə şüarlar

Bir gün əvvəl Yerevan məktəblərindən birində qalmaqal olub. Belə ki, məktəb direktoru şagirdlərdən yayda Yerevanda polisin binasını tutan “Sasna srer” silahlı qruplaşmasının iştirakçılarını qəhrəman kimi qələmə verməməyi tələb edib.

Məktəb direktoru həmçinin tələb edib ki, bu qrupun iştirakçılarını terrorçu adlandırsınlar. Amma məlum olub ki, ertəsi gün səhər tezdən elə həmin məktəbdəki bütün siniflərin yazı lövhələrində bu şüar yazılıb: “Serjikə Ölüm!”.

Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın yazdığına görə, bu onu göstəririr ki, erməni cəmiyyəti artıq ölkə hakimiyyətinin təbliğatına inanmır və üsyançı qruplaşmanın üzvlərini müdafiə edir. Erməni gənclərinin gözlərində isə onlar ümumiyyətlə qəhrəman olublar.

Həmçinin oxuyun

Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…

İstər ərzaq, istər geyim, istərsə də digər məhsullar xeyli bahalaşıb. Bir çox ailələr aylıq xərclərin …

Bir cavab yazın