Şənbə , Aprel 27 2024
Ana səhifə / Media / Mingəçevir su anbarındakı zəlzələ 3 bala qədər hiss edilib

Mingəçevir su anbarındakı zəlzələ 3 bala qədər hiss edilib

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 17 noyabr 2016-cı il tarixində Bakı vaxtı ilə saat 13:53-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçevir su anbarı ərazisində, 23 km dərinlikdə, 3,2 maqnituda gücündə zəlzələ qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, zəlzələ yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss edilib. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmayıb.

*   *   *14:46

Mingəçevirdə zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 13.53-də Mingəçevirdən 25 km şimal-qərbdə Mingəçevir su anbarında qeydə alınıb.

Maqnitudası 3,2, dərinliyi 23 km olan zəlzələ hiss olunmayıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın