Bazar ertəsi , May 6 2024
Ana səhifə / Media / Siqaret ucuzlaşa bilər

Siqaret ucuzlaşa bilər

Tütün və tütün məmulatlarının reklamının tam qadağan olunması Azərbaycan istehsalı olan siqaretlərin ucuzlaşmasına səbəb ola bilər.

Bu sözləri Trend-ə “European Tobacco Baku” şirkətinin idarə heyətinin sədri Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, reklamın qadağan olunması əsasən yerli istehsalçıların satış həcminə mənfi təsir göstərəcək, çünki məşhur xarici şirkətlər yerli bazarda artıq kifayət qədər tanınır.

Tütün və tütün məmulatlarının reklamının qadağan olunması barədə qanun layihəsi parlamentin plenar iclasında müzakirə olunacaq.

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın