Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Prezidentliyə namizəd Hillari Klinton dövlətə xəyanətdə ittiham olundu

Prezidentliyə namizəd Hillari Klinton dövlətə xəyanətdə ittiham olundu

ABŞ Konqresinin Nümayəndələr palatasının Milli təhlükəsizlik üzrə komitəsinin sədri Maykl Makkol prezidentliyə namizəd Hillari Klintonu dövlətə xəyanətdə ittiham edib.

Azinforum.az TASS agentliyinə istinadən xəbər verir ki, Makkolun fikrincə, ABŞ dövlət katibi vəzifəsində işlədiyi vaxtda şəxsi elektron poçtundan xidməti yazışmalar üçün istifadə etmiş Hillari Klintonun əməli dövlətə xəyanətdir.

“İndi öyrənirik ki, mənə əvvllər FTB (Federal Təhqiqatlar Bürosu) direktoru Ceyms Kominin çatdırdığı kimi, çox güman, ABŞ-a düşmən olan ölkələr Klintonun özəl serverinə daxil ola biliblər”, – 2009-2013-cü illərdə Amerikanın xarici siyasət idarəsinə rəhbərlik etmiş Maykl Makkol deyib.

Onun sözlərinə görə, özəl serverindən istifadə etməklə Hillari Klinton dövlət sirlərini xarici ölkələrə açıb.

“Zənnimcə, əgər tamamilə səmimi olsaq, bu dövlətə xəyanətdir”, – Texas ştatından Konqresə seçilmiş respublikaçı Makkol deyib.

Həmçinin oxuyun

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən …

Bir cavab yazın