Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Qiyas İbrahimova 10 il həbs cəzası verildi

Qiyas İbrahimova 10 il həbs cəzası verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən “Nida” Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə Q. İbrahimov prosesdə son sözlə çıxış edib. O, ittihamla razılaşmadığını deyib. Daha sonra hökm oxunub. Hökmə əsasən, Q. İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən iclasda dövlət ittihamçısı çıxış edərək, Q. İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Q. İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur. Onun barəsində Xətai Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın