Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Tanınmış hüquqşünas Xəzər TV-ni məhkəməyə verir…

Tanınmış hüquqşünas Xəzər TV-ni məhkəməyə verir…

Balıqçılıq sahəsində, torpaqların münbit qatının korlanması hesabına yaradılmış süni göllərin ləğv ediləcəyi ilə bağlı 30 sentyabrda, saat 22-də “XƏZƏR TV”nin xəbərlər proqramında məlumat verildi. Ardınca da Ekologiya və Təbii Sərvətlər naziri H.Bağırovun müsahibəsi getdi. Bu xəbər oxunarkən, süjeti Türkiyə Cümhuriyyətinin vətəndaşı Turan Leventə məxsus, Oğuz rayonunun Mollalı kəndində yerləşən balıqçılıq təsərrüfatından kadrlar müşayət etdi. Xəbərlərin bu qaydada verilməsi tamaşaçılarda belə fikir formalaşdırdı ki, ləğv ediləsi təsərrüfat məhz T.Leventin balıqçılıq təsərrüfatıdır. Halbuki həmin kadrlar, müasir texnologiya ilə hazırlanmış nümunəvi balıqçılıq təsərrüfatı olduğu üçün, iki il öncə çəkilmişdi.
“XƏZƏR TV”nin xəbəri bu formada verməsi T.Leventin müştərilərinin narahatçılığına və onunla əvvəlcədən əldə edilmiş ticari razılaşmaları pozmalarına səbəb olmuşdur. T.Leventə külli miqdarda maddi və mənəvi ziyan vurulmuşdur.
Bu gün saat təqribən 16-30 da, səhvlərini düzəltmək üçün “XƏZƏR TV”yə məktub təqdim etdim. Tədbir görülmədi. Deməli, səhv etməyiblər, bu yaramazlığı qəsdlə törədiblər.
Məhkəmə yolu açıldı…

Qurban Məmmədov, tanınmış hüquqşünas

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın