Şənbə , Aprel 27 2024
Ana səhifə / Gündəm / Şəbnəm Əsədovanın yeni sevgilisi Hacı Rafiq kimdi?

Şəbnəm Əsədovanın yeni sevgilisi Hacı Rafiq kimdi?

Müğənni Şəbnəm Əsədova haqda saytlarda yeni məlumat yayılıb. Məlumatda onun 3 aylıq hamilə olduğu deyilir. 
Bu barədə Qafqazinfo.az saytı məlumat yayıb. Saytın yazdığına görə, müğənnini Rafiq adlı şəxsdən hamilədi. Onların vətəndaş nikahında yaşadığı bildirilir.
Musavat.com mövzu ilə bağlı bəzi məlumatlar əldə edib. Məlumata görə, Şəbnəm həqiqətən də Rafiq adlı şəxslə sevgilidir. Bu adam çevrəsində Hacı Rafiq kimi tanınır. Hacı Rafiqin iş adamı olduğu deyilir. Onun metronun “Memar Əcəmi” stansiyası yaxınlığında xeyli obyektləri var. Hacı Rafiqin Bakının bir neçə yerində geyim mağazalarının olduğu da söylənilir. Deyilənə görə, o, Şəbnəmlə xeyli müddət öncə tanış olub.
Məlumatda o da bildirilir ki, Hacı Rafiq müğənni sevgilisi üçün 3-cü mikrorayon dairəsinin yaxınlığında dəbdəbəli ev alıb. Hazırda Şəbnəmlə o evdə yaşayırlar. Mənbə bildirir ki, Hacı Rafiq ailəlidir, 3 övlad atasıdır. Onun təxminən 45 yaşının olduğu deyilir. Rafiq əslən Füzulidəndir. Füzuli rayonu işğal edildikdən sonra, ailəsi ilə birlikdə Beyləqan rayonunda məskunlaşıb. Özünün isə Xırdalan qəsəbəsində yaşadığı deyilir.
Müğənninin boynundakı “R” hərfli kolye Hacı Rafiqin adını simvolizə edir 

Həmçinin oxuyun

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırıb – FOTOLAR

Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gün fəaliyyətini dayandırıb. Bu münasibətlə Azərbaycan Müdafiə Nazirliyinin …

Bir cavab yazın