Şənbə , Aprel 27 2024
Ana səhifə / Cəmiyyət / Eldəniz Quliyev Salam Sarvana kloun dedi – CAVAB

Eldəniz Quliyev Salam Sarvana kloun dedi – CAVAB

Tanınmış ssenarist Eldəniz Quliyev şair Salam Sarvanın onun barəsində yazdığı fikrlərə münasibət bildirib. Azinforum.az Eldəniz Quliyevin yazdığını təqdim edir:

“Nə vaxtsa ala-babat, hazırda isə ancaq “ala” şeirlər yazan Salam Sarvan adlı bir şair, gecə yatıb yuxuda nə görübsə, duran kimi başlayıb Milli Şuranın, sonra isə AXCP-nin bostanına daş-kəsək atmağa. Bununla ürəyi soyumayan eks-şair imanını yandıraraq “Azadlıq” qəzetinə ilişib və özlüyündə qəzeti lazımsız, mənasız media orqanı kimi dəyərləndirib. Daha sonra, növbəti hədəf kimi, şərlənərək həbs olunmuş tanınmış şair Saday Şəkərlini və nəhayət bəndənizi seçib. Öz dediyinə, daha doğrusu yazdığına görə, guya bizi çox “yumşaq və etik çərçivədə” tənqid atəşinə tutub. Təxminən bunları yazıb: “…özünü ziyalı adlandıran Eldəniz Quliyev, yazdığı kitabına görə Maliyə nazirliyindən pul tələb edən reket Saday Şəkərlinin hüquqlarını qoruyur… adam tərəddüdə düşür: xalqın taleyində rol oynamaq fürsətini Eldəniz Quliyev kimilərə vermək olarmı? Mən qətiyyətlə “yox” deyirəm!” və s.
Qəribə metamorfoza! İnsanın lappadan 180, bəzənsə lap 360 dərəcə dəyişib maska taxmasını görəndə, adamın həqiqətən, matı-qutu quruyur… Əgər bu adam yalnız YAP-a qəbul olunmaq perspektivindən cuşa gəlb-qanadlanıb üstümüzə belə şığıyırsa, gör, YAP-a üzv olandan sonra nələr edəcək (?!). Sən demə, “dama-daşa” qənim kəsilən “qanadlı dəvələr” elə belə materialdan yaranırmış…
Əlqərəz, mən də tənbəllik eləməyib cavab yazdım:
“…Salam Sarvan, əvvəla, Saday Şəkərli şer üzərində işləyərkə artıq bilib tulladığı misralar sizin bütöv çəkinizdən ağır gələr. İkincisi, çox xahiş edirəm, “xalqın taleyində rol oynamaq fürsəti”ni əlimdən almaq fikirindən vaz keçəsiniz… Şübhə etmirəm ki, bunun müqabilində sizə, xalq kütlələri qarşısında, eləcə də populyar sirk tamaşalarında əsl kloun obrazında çıxış etmək fürsəti veriləcək…”
Başqalarını bilmirəm, amma şəxsən mən, kloun obrazının S.Sarvana həvalə edilməsinə “hə” deyirəm! Özü də, qətiyyətlə və tərəddüdsüz-filansız!”

Azinforum.az

Həmçinin oxuyun

Hesablardan 30 min oğurladı – Onlayn oyunlarda ehtiyatlı olun!

Sosial şəbəkələrdə feyk hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı …

Bir cavab yazın