Ana səhifə / İqtisadiyyat / İslam Kərimovun ölümünün səbəbi açıqlandı

İslam Kərimovun ölümünün səbəbi açıqlandı

Özbəkistan höküməti rəsmi saytında prezident İslam Kərimovun xəstəliyi və ölümü ilə bağlı tibbi ekspertizanın nəticələrini dərc edib.

Məlumatda bildirilir ki, Kərimov avqustun 27-i səhər saaatlarında təcili şəkildə Özbəkistan Səhiyyə nazirliyinin Mərkəzi xəstəxanasına gətirilib. Xəstəyə beyin qan dövranının kəskin pozulması (insult) diaqnozu qoyulub.

Məsləhətləşmələri dünyanın aparıcı klinikalarının mütəxəssisləri, o cümlədən akademik Leo Bokeriya — Bakulev adına Ürək-Damar cərrahiyəsinin Elmi Tədqiqat Mərkəzinin direktoru, professor Əmir Sami — Hannover beynəlxalq neyrocərrahiyə institutunun vitse-prezidenti və icraçı direktoru, professor Hüqo Katus — Heydelberq Universitet xəstəxanasının kardiologiya şöbəsinin müdiri aparıblar.

Qeyd olunur ki, Kərimovun xəstəxanaya yerləşdirildiyi vaxtdan vəziyyəti atonik koma kimi qiymətləndirilirdi.

Cümə günü, sentyabrın 2-də, saat 20.15 radələrində həkimlər İ.Kərimovun ürək fəaliyyətinin dayanması ilə ölüm faktını qeydə alıblar. (Oxu.az)

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …

Bir cavab yazın