Bazar ertəsi , May 6 2024
Ana səhifə / Aktual / Prezidentin “Etiraz etdi, sonra qaçdı” dediyi məmur Rəsul Quliyevdir – VİDEO

Prezidentin “Etiraz etdi, sonra qaçdı” dediyi məmur Rəsul Quliyevdir – VİDEO

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində çıxış edib.
Ölkə başçısı ad çəkmədən o vaxtkı yüksək vəzifəli şəxslərdən birinin bu layihənin imzalanmasının əleyhinə çıxdığını deyib. İ.Əliyev bildirib ki, həmin şəxs bunu ölkənin inkişaf etməməsini və özünün daha yüksək vəzifəyə qalxmasını istədiyi üçün edib.
“Qafqazinfo” isə bu məqamda qeyd edir, həmin şəxs o zaman Milli Məclisin spikeri olan Rəsul Quliyevdir. Sonralar mərhum prezident Heydər Əliyev çıxışlarının birində Rəsul Quliyevin müqavilənin imzalanmasının əleyhinə çıxdığını açıqlamışdı.
Prezident İlham Əliyevin sözügedən çıxışını bir daha təqdim edirik:

Həmçinin oxuyun

“Bu səhvi aradan qaldırmaq fikrindəyik” – “Qaçqınkom”un sədri

Laçında püşkatmada vətəndaşa düşən evin başqasına verilməsi ilə bağlı xəbərlər yayılıb. Manset.az məsələ ilə bağlı …

Bir cavab yazın