Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Havar Məmmədov Qafqaz Universitetinə göndərildi – ŞOK

Havar Məmmədov Qafqaz Universitetinə göndərildi – ŞOK

Moderator.az-a indilərdə daxil olan eksklüziv məlumata görə Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədov adı Fətullah Gülən olaylarına görə son günlərin dillər əzbərinə çevrilmiş Qafqaz Universitetinə rektor təyin olunub.

Xəbəri saytımılza ötürən mənbənin məlumatına görə yeni rektoru nazir müavini Firudin Qurbanov təqdim edib.

Xatırladaq ki, bu günlərdə 71 yaşlı Havar Məmmədov rəhbərlik etdiyi universitetdə bir müəllimin plagiatlıq məsələsinə görə təhsil naziri Mikayıl Cabbarov tərəfindən xəbərdarlıq almışdı və onun tezliklə təqaüdə göndəriləcəyi gözlənilirdi.

Amma indi onun yeni təyinatı hələ bir müddət də rektor qoltuğunda oturacağından xəbər verir. Buna baxmyaraq onun 16 il rəhbərlik etdiyi ATU-dan “Seyid Əhməd əli” ilə uzaqlaşdırdığına görə naziri təbrik də etmək olar…

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın