Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Tarif Şurası qərar verdi – 2503 dərman vasitəsinin qiyməti dəyişdi

Tarif Şurası qərar verdi – 2503 dərman vasitəsinin qiyməti dəyişdi

1 sentyabr tarixindən dövlət qeydiyyatına alınmış daha 2503 dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri qüvvəyə minib.
Tarif Şurasından Mia.az-a verilən məlumata görə, bununla da, artıq dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, bütünlükdə qeydiyyatda olan 9850 dərman vasitəsi tənzimlənmiş qiymətlərlə satışdadır.
Beləliklə, 2016-cı il 1 sentyabr tarixindən etibarən qiymətləri təsdiq edilməyən dövlət qeydiyyatına alınmış dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq olunduqdan sonra həyata keçirilə bilər.
Dərman vasitələrinin tənzimlənmiş qiymətləri Tarif (qiymət) Şurasının rəsmi internet saytında (www.tariff.gov.az) yerləşdirilib.

 

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın