Bazar ertəsi , May 6 2024
Ana səhifə / Şou Biznes / İlqar Məmmədov sözünü tutdu: başını keçəl qırxdırdı

İlqar Məmmədov sözünü tutdu: başını keçəl qırxdırdı

Bir vaxtlar Azərbaycanın qılıncoynatma komandasının lideri, hazırda idmanın bu növündə Rusiyanın yığma komandasının baş məşqçisi olan İlqar Məmmədov verdiyi sözə əməl edərək, başını keçəl qırxdırıb.

Virtualaz.org xəbər verir ki, İ.Məmmədov Rusiya komandası Olimpiya Oyunlarında qılıncoynatmada ilk qızıl medalını qazanandan dərhal sonra daha bir “qızıl” alacağı təqdirdə başını keçəl qırxdıracağını bildirmişdi.

Dünən rusiyalı qılıncoynadanlar birdən-birə iki qızıl medal qazanaraq, Rioda Olimpiya qələbələrinin sayını üçə çıxarıblar. İlqar Məmmədov isə sözünə əməl edib.

Həmçinin oxuyun

Sabir Rüstəmxanlının kürəkəni və qızı barışdı – Fotolar

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. Olay.az …

Bir cavab yazın