Şənbə , Aprel 27 2024
Ana səhifə / Araşdırma / Xırdalanda 6 yaşlı qız döyülərək öldürülüb

Xırdalanda 6 yaşlı qız döyülərək öldürülüb

Azərbaycanda dəhşətli qətl törədilib.
Abşeron rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E. Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

Bakıdakı 20-yə yaxın kinoteatrın açı aqibəti-Yerlə-yeksan edilib…

Məlumdur ki, əski sovet dönəmində təkcə paytaxt Bakı şəhərində təqribən 20-yə yaxın, yəni “Araz”, Azərbaycan”, …

Bir cavab yazın