Cümə axşamı , May 2 2024
Ana səhifə / Siyasət / Türkiyədə Baş Qərargahın səlahiyyətləri azaldıldı

Türkiyədə Baş Qərargahın səlahiyyətləri azaldıldı

Türkiyədə Quru, Dəniz və Hava qüvvələri Müdafiə Nazirliyinin tərkibinə daxil edilib.

Bununla bağlı qanun hökmündə qərar bu gün ‘Resmi Qazete”də dərc olunub.

Bu qanuna zidd olmayan və digər qanunlarla Silahlı Qüvvələrin Baş Qərargahına verilən vəzifə və hüquqlar saxlanılıb. Eyni zamanda prezident və baş nazir vacib saydıqları halda Quru, Dəniz və Hava qüvvələrinin komandanlarından birbaşa məlumat ala və komandanlara əmr verə biləcəklər. Bu əmrlər hər hansı qurumla razılaşdırılmadan dərhal yerinə yetirilməlidir.

Qərara əsasən Gülhanə Hərbi Tibb Akademiyası və hərbi xəstəxanalar da Səhiyyə Nazirliyinin tabeçiliyinə verilib.(APA)

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın