Bazar ertəsi , May 6 2024
Ana səhifə / İqtisadiyyat / Donald Tramp yenə müsəlmanlara qadağa qoyulmasına çağırdı

Donald Tramp yenə müsəlmanlara qadağa qoyulmasına çağırdı

ABŞ Respublikaçılar partiyasından prezidentliyə namizəd, əmlak milyarderi Donald Tramp ABŞ hakimiyyətini müsəlmanlara qarşı daha sərt davranmağa çağırıb.

Musavat.com xəbər verir ki, Tramp bu çağırışını sosial şəbəkədə belə ifadə edib: “Orlandoda baş verənlər sadəcə bir başlanğıcdır. Bizim rəhbərlik isə zəif və səmərəsizdir. Mən əvvəllər də (müsəlmanlara-red.) qadağan qoyulmasına çağırdım və tələb etdim. Biz sərt olmalıyıq”.

Xatırladaq ki, Donald Tramp müsəlmanların ABŞ-a girişinin qadağan edilməsi fikrini dəfələrlə səsləndirib.

Onun Demokrat partiyasından rəqibi Hillari Klinton onu irqçilikdə, insanlar arasında milli, etnik, dini ayrı-seçkilik salmaqda günahlandırıb.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …

Bir cavab yazın