Ana səhifə / İqtisadiyyat / Müxalifət liderinin qətlinə görə beynəlxalq axtarış elan olundu

Müxalifət liderinin qətlinə görə beynəlxalq axtarış elan olundu

İnterpol Boris Nemtsovun qətlinin təşkilatçısı olduğu ehtimal edilən 29 yaşlı Rusiya vətəndaşı Ruslan Muxudinov barədə axtarış elan edib.
APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Cinayət Polisi Təşkilatının saytında məlumat yerləşdirilib.
R. Muxudinov qətl və odlu silahların qanunsuz dövriyyəsində günahlandırılır.
Qeyd edək ki, B. Nemtsov 28 fevral 2015-ci ildə Moskvanın mərkəzində qətlə yetirilib. B. Nemtsov 1990-cı illərdə Rusiya hökumətində yüksək vəzifələr tutub, 2000-ci ildə isə müxalif düşərgəyə keçib. Qətllə bağlı ilkin istintaq başa çatıb və qətldə iştirakda təqsirləndirilən 5 nəfərə ittiham elan edilib. Qətlin sifarişçisi və təşkilatçısı ilə bağlı istintaq davam edir. Qətlin təşkilatçısının R. Muxudinova olduğu ehtimal edilir.

Həmçinin oxuyun

İlin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Təxminən ilin ortalarında hökumət ötən dövrün, yəni dörd ayın nəticələrini nəzərdən keçirir. Hələlik nəticələr pis …

Bir cavab yazın