Ana səhifə / Media / “Təklif və müraciətlərimə yalnız DİN reaksiya verib”

“Təklif və müraciətlərimə yalnız DİN reaksiya verib”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun vaxtaşırı olaraq ölkə bazarlarında satılan və insan sağlamlığı üçün ciddi təhlükə törədən məhsullarla bağlı əlaqədar dövlət qurumları və ictimaiyyətə çağırışlar etdiyi, konkret araşdırma və təhlillər ortaya qoyduğu məlumdur. Maraqlıdır, günbəgün daha da aktuallaşan məlum problemlə bağlı bir neçə dövlət orqanına müraciət ünvanlayan E.Hüseynovun bu müraciətlərinin konkret bir nəticəsi olubmu? Hansı dövlət qurumu bu təklifləri dəyərləndirib və problemin həlli istiqamətində iş aparıb?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən E.Hüseynov müraciətinə ümumi şəkildə yalnız bir dövlət qurumunun – Daxili İşlər Nazirliyinin reaksiya verdiyini bildirib. Lakin ekspert hesab edir ki, bu problemin həlli üçün bütün əlaqədar dövlət qurumlarının birgə əməkdaşlığı lazımdır:
“Təkliflərimə yalnız DİN reaksiya verib. Lakin praktiki nəticə əldə etmək hələ ki, mümkün olmayıb. Çünki DİN bildirir ki, biz yalnız sizin təhlükəsizliyini təmin edə bilərik. Lakin zərərli malları bazar və dükanlardan yığışdırmaq, onları ekspertiza eləmək digər dövlət orqanlarının işidir.
Problem ondadır ki, dövlət orqanlarının bir yerdə, sinxron fəaliyyəti yoxdur. Bu qurumları bir yerə yığmaq, onların birgə işini təşkil etmək mümkün olmur. Məsələn, Dövlət Baytarlıq Komitəsi tonlarla əti tutur və sübut edir ki, bu, murdar ətdir. Lakin ətlə birlikdə saxlanılan şəxs buna hara aparırdı, sifarişçisi kim idi – bunları tapa bilmir. Odur ki, bu problemin həllində bütün əlaqədar dövlət orqanlarının iştirakı zəruridir”.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın