Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Olimpiya çempionuna DTX-də vəzifə verildi

Olimpiya çempionuna DTX-də vəzifə verildi

Pekin Olimpiadasının qızıl medalçısı Elnur Məmmədli Yol Patrul Xidmətindəki işindən ayrılıb.

Avtosfer.az-ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli bir neçə gündür işdən azad olunub. Bildirilir ki, olimpiya çempionu Elnur Çingiz oğlu Məmmədli artıq artıq yeni işlə təmin edilib. O, Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub.

DTX-da şöbə rəisi postuna təyin edildiyi bildirilən Elnur Məmmədlinin DYP-dən getməsi xəbərini Bakı şəhər DYPİ-dən təsdiq ediblər.

Xatırladaq ki, Elnur Məmmədli Polis Akademiyasını bitirib. Yol polisi sıralarında işləyərkən rütbəsi polis kapitanı idi.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın