Şənbə , Aprel 27 2024
Ana səhifə / Şou Biznes / Bakıda sərxoş sürücü polislərin başına oyun açdı – VİDEO

Bakıda sərxoş sürücü polislərin başına oyun açdı – VİDEO

Tabe olmadı, müayinədən keçmək istəmədi, razılaşdı, yenidən imtina etdi.
Sürücü Bayram Namazov uzaq vuran işıqlardan istifadə etdiyi üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Sərxoş vəziyyətdə olan sürücü yol polis əməkdaşlarına tabe olmaq istəməyib. Sürücünün sərxoş olmasını görən polislər onu alkoqol sərxoşluğunu təyin etmə məntəqəsinə dəvət ediblər. Məntəqəyə gələn sürücü müayinədən keçməkdən imtina edib.
Aparılan söhbətlər nəticəsində Bayram Namazov müayinədən keçməyə razılıq verib. Lakin həkimin otağına daxil olandan sonra yenə fikrindən daşınıb.
Bayram Namazov barəsində inzibati protokol tərtib olunub. (Region TV)

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın