Çərşənbə axşamı , May 7 2024
Ana səhifə / İqtisadiyyat / Fətullah Gülənin məşhur qəzeti artıq Ərdoğana işləyir

Fətullah Gülənin məşhur qəzeti artıq Ərdoğana işləyir

Türkiyənin ən böyük qəzeti sayılan “Zaman” qəyyumluq idarəçiliyinə veriləndən 2 gün sonra hökumətpərəst məqalələr dərc edib.

 BBC  xəbər verir ki, cümə günü məhkəmə qərar verib ki, əvvəllər Fethullah Gülenlə əlaqəsi olduğu deyilən qəzetə kənar administrasiya təyin edilməlidir. Bir vaxtlar Erdoğanın çox yaxın müttəfiqi olan Gülen hazırda Türkiyənin “düşməni” elan edilib.

Şənbə günü köhnə əməkdaşların çap etdiyi son nəşrində qəzetdə yazılıb ki, Türkiyə mətbuatı “qara günlərindən” birini yaşayıb.

Bu arada Zaman qəzetinin keçmiş əməkdaşları bazar günü yeni qəzet buraxıb.

Cümə günü gecə saatlarında polis Zamanın İstanbul nəşriyyatında reyd keçirib, lakin qəzetin menecerləri şənbə günü sayını nəşrə çıxara bilib.

Məhkəmənin qərarına görə hələ ki, heç bir səbəb verilməyib.

Türkiyənin baş naziri Ahmet Davutoğlu deyib ki, məsələ “siyasi deyil, hüquqidir”.

Şənbə günü polis qəzetin 500-dən çox tərəfdarının keçirdiyi aksiyanı suvuranlardan, gözyaşardıcı qazlardan və dəyənəklərdən istifadə edərək dağıdıb.

Həmçinin oxuyun

Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır (VİDEO)

Ayın 1-dən etibarən balıq ovu qadağan edilsə də, bazarlarda məhsul bolluğu yaşanır. Satıcılar bildirirlər ki, …

Bir cavab yazın