Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Üçrəngli bayrağımıza gürcü təxribatı – ETİRAZ

Üçrəngli bayrağımıza gürcü təxribatı – ETİRAZ

Martın 4-də Gürcüstanın energetika naziri Kaxa Kaladze və SOCAR-in prezidenti Rövnəq Abdullayev arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair 4 saziş imzalanıb. Saziş imzlanan zaman masanın üzərinə həm Gürcüstanın, həm də Azərbaycanın milli bayraqları qoyulub. Lakin Azərbaycan bayrağını çox böyük ehtimalla gürcü tərəfi tərsinə qoyublar.

Bununla bağlı sosial şəbəkədə kəskin etirazlar səslənib. BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı da bu etirazlara qoşularaq bildirib ki, SOCAR prezidentinin gözü qarşısında baş vermiş hadisə təxribatdır və Rövnəq Abdullayev buna dərhal zaman öz etirazını bildirməliydi:

”Sosial şəbəkədə yayılan bu şəkil mənim də etirazıma səbəb oldu. Bu günə kimi məqsədli şəkildə müstəqil Azərbaycan dövlətinin bayrağını tərsinə asanlar az olmayıb. Bunlar bunu məqsədli şəkildə edirdilər. Ancaq bəs bizim nümayəndə heyyəti hara baxırdı? SOCAR-ın prezidenti Rövnəq Abdullayev Azərbaycan bayrağının rənglərini tanımırmı?! Yaxşı bəs, protokol şöbəsi və nümayəndə heyəti hara baxırlar? Nə vaxta qədər bu proses davam edəcək? Məmurlarımız diqqətli olmalıdılar və yaxşı-yaxşı bilməlidilər ki, müstəqil Azərbaycan dövlətinin bayrağının rəngləri : Mavi rəng – Azərbaycan xalqının türk mənşəli olmasını bildirir, Qırmızı rəng – müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir, Yaşıl rəng – İslam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın