Ana səhifə / Kriminal / “Görün, bank müştərilərlə necə rəftar edir?!” – Aybəniz Haşımova

“Görün, bank müştərilərlə necə rəftar edir?!” – Aybəniz Haşımova

Əməkdar artist Aybəniz Haşımova bankda üzləşdiyi xoşagəlməz münasibəti ictimailəşdirib.

“Qafqazinfo”nun məlumatına görə, müğənni bu haqda sosial şəbəkədə yazıb:

“Bununla ikinci dəfədir ki, pulköçürmə əməliyyatım uğursuz və qeyri-ciddi olur. Hətta pulu geri almaq istəyəndə bankın işçiləri tərəfindən xoşagəlməz rəftarla qarşılaşdım. Tanıdıqları bir simanı belə qarşılayırlarsa, görün, indi başqa müştərilərlə necə rəftar edirlər?! Mənə elə gəlir ki, bu cür fəaliyyətdə bağışlanmaz səhv buraxan bir bankın çalışması, dövlətin imicinə ziyandan başqa bir şey deyil”.

Həmçinin oxuyun

HƏBSDƏ OLAN GENERAL PULLARI KİMƏ VERİB? – Talıbovla bağlı ifadəsini dəyişdi

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü …

Bir cavab yazın