Şənbə , Aprel 27 2024
Ana səhifə / Kriminal / Krediti ödəməyənin cəzası nədir? – VİDEO

Krediti ödəməyənin cəzası nədir? – VİDEO

Banklardan kredit götürmüş şəxslərdən bir çoxu son dövrlər borcunu ödəməkdən yayınır. Xüsusilə girovu və zamini olmayanlar  öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Ancaq qanun bütün hallarda borcun ödənilməsini təmin edir. Krediti qaytarmayan şəxslər hətta həbs oluna bilərlər.
Bank kredit borcunu ödəməyən şəxsə bir neçə dəfə xəbərdarlıq etdikdən sonra onu məhkəməyə verir. Məhkəmədə qəbul edilən qətmanə 1 ay müddətində  icra şöbələrinə göndərilir. Bundan sonra borcun məcburi icra tədbirləri vasitəsilə ödənilməsi üçün işlərə başlanılır.
Şəxsin hər hansı bir əmlakı ortaya çıxarsa, həmin əmlak üzərinə həbs qoyulur və satılır. Əgər əmlak yoxdursa, borc əməkhaqqı, pensiya, təqaüd və sair gəlirlərdən çıxılır. İcra haqqında qanuna əsasən hər ay şəxsin maaşının 50 faizi borcun ödənilməsinə yönəldilir.
Hətta şəxsin heç bir yerdən gəliri yoxdursa belə, o, məsuliyyətdən yayına bilməz.

Həmçinin oxuyun

Mərhum iş adamının şirkətindən maddi ziyan tələb edilir

“Karvan İstehsalat Kommersiya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.  Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində …

Bir cavab yazın