Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / “Mcdonalds” restoranlarını bağlayır

“Mcdonalds” restoranlarını bağlayır

Dünyanın ən böyük “fast-food” restoranlar şəbəkəsi olan “Mcdonalds”ın yeni inkişaf strategiyası təsdiq olunub. Fins.az-ın xarici mətbuata istinadən yaydığı məlumata görə, strategiyada korporasiya daxilində 4 bölmənin yaradılması nəzərdə tutulub. Bölmələrdən biri sırf ABŞ bazarı ilə işləyəcək. Digər bölmələr isə ABŞ-dan kənarda inkişaf etmiş, inkişaf etməkdə olan və yenicə formalaşan bazarları əhatə edəcək. Bundan başqa, yeni strategiyada optimallaşdırma tədbirləri də nəzərdə tutulub. “Mcdonalds” ilin sonuna qədər 700 ticarət nöqtəsini bağlamaq niyyətindədir. 2014-cü ilin yekunlarına görə, şirkətin bütün dünya üzrə 36 min civarında restoranı olub. “Mcdonalds” bəyan edir ki, artıq satış obyektləri artıq 2 ildir ki, planı yerinə yetirə bilmirlər. Bu ilin 1-ci rübündə isə restoranların şəbəkəsinin gəliri 11%, xalis mənfəəti isə 33% azalıb.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın