Şənbə , Aprel 27 2024
Ana səhifə / Siyasət / Baş nazirin birinci müavini də “NAZ Lifan” sifariş etdi

Baş nazirin birinci müavini də “NAZ Lifan” sifariş etdi

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında məmurlara yerli istehsal olan “Naz-Lifan” avtomobilini almaq tövsiyəsindən sonra məsələnin ölkə gündəmində müzakirəsi davam edir.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycanda müxtəlif vəzifələrədə təmsil olunan ayrı-ayrı məmurlar və nazirlər bu tövsiyədən irəli gələn addımlar atmağa başlayıblar. Onlardan bir neçəsinin avtomobil sifariş etməsi ilə bağlı məlumatlar yayılıb.

Əldə etdiyimiz məlumata görə, siyahıda, hətta ən yüksək məmur elitası da var. Belə ki, baş nazirin birinci müavini Yaqub Eyyubov da xidməti istifadə üçün “NAZ-Lifan” avtomobili sifariş edib.

Həmçinin oxuyun

Prezident: COP29 qarşıdurma arenası olmayacaq

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli …

Bir cavab yazın