Ana səhifə / Şou Biznes / Sabah şaxta, çovğun olacaq – PROQNOZ

Sabah şaxta, çovğun olacaq – PROQNOZ

Yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Azinforum.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, emperatur gecə və gündüz 0-2° isti, axşam 1°-dək şaxta olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, dağlıq ərazilərdə 10-14° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal edilir.

Azərbaycan rayonlarında arabir qar yağacağı gözlənilir.

Bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq. Yolların buz bağlayacağı ehtimalı var.

Dağlarda gecə 8-13° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …

Bir cavab yazın