Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Aktual / Naxçıvanın baş naziri uçduğu təyyarəni yarım saat gecikdirib

Naxçıvanın baş naziri uçduğu təyyarəni yarım saat gecikdirib

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Naxçıvan-Bakı aviareysi ilə uçan təyyarəni yarım saata yaxın gecikdirib.

Bu barədə Demokrat.az-a həmin reyslə uçan sərnişinlərdən məlumat daxil olub.

Belə ki, bir neçə gün öncə Naxçıvandan Bakıya gedən sərnişinlər təyyarədə öz yerlərini tutsa da, ancaq təyyarə hava limanında təqribən yarım saat gözləməli olub. Buna səbəb kimi Baş nazir Səbuhi Məmmədovun 2 oğlan nəvəsi ilə bərabər uçuşu gözlətməsi olub. 

Təqribən yarım saat sonra Baş nazir Səbuhi Məmmədov nəvələri ilə birlikdə təyyarəyə mindikdən sonra uçuş yerinə yetirilib. Bu hadisə sərnişinlərin ciddi narazılığına səbəb olub. 

Məsələ ilə bağlı Səbuhi Məmmədovla əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verilməyib. 

Qeyd edək ki, Səbuhi Məmmədov 2020-ci ildə Vasif Talıbovun təqdimatı ilə Naxçıvan MR-nın Baş naziri vəzifəsinə təyin olunub.

Son zamanlar Səbuhi Məmmədovun adı Naxçıvanda dövlət tenderlərinin qeyri-şəffaf keçirilməsində və Muxtar Respublikada aparılan islahatlara qarşı bürokratik əngəllər yaratmaqda hallanır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …