Cümə axşamı , May 2 2024
Ana səhifə / Sosial / Pensiya ödənişləri niyə gecikir, nə vaxt veriləcək? – AÇIQLAMA

Pensiya ödənişləri niyə gecikir, nə vaxt veriləcək? – AÇIQLAMA

Ölkə ərazisində fevral ayının pensiyalarının gecikdiyi iddia edilir.

Bu barədə BAKU.WS-in “qaynar xətt”inə çoxlu sayda müraciətlər daxil olub. 

Bildirilir ki, ötən ayın və bu ayın pensiya artımının cəm məbləği artıq bazada görünür. Lakin hələ ki, pensiya karta köçürülməyib. 

Məsələ ilə bağlı açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirdi ki, nazirlik pensiya ödənişlərini edib. Məbləğin karta köçürülməsi isə bank prosedurudur.

Ehtimal edilir ki, yaxın saatlarda pensiyalar tam ödəniləcək.

Həmçinin oxuyun

Sənədsiz evlərlə bağlı yenilik (VİDEO)

“Bu ilin ilk üç ayı ərzində daşınmaz əmlak üzərində 88 mindən çox mülkiyyət hüququnun qeydiyyatı …