Ana səhifə / İdman / “Qarabağ”ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

“Qarabağ”ın qapıçısı ciddi zədə alıb, əməliyyat olunacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev ciddi zədə alıb.
Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, 29 yaşlı qolkiperin qolu sınıb: “Cərrahi müdaxiləyə ehtiyac olacaq. Amma əməliyyatın vaxtı və yeri dəqiq bilinmir. Variantlara baxıldıqdan sonra qərar qəbul olunacaq”.
Klub rəsmisi məşqdə zədələnən təcrübəli qapıçının təqribən 2 ay yaşıl meydanlardan kənarda qalacağını söyləyib. Bu isə o deməkdir ki, qolkiper UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika “Gent”inə qarşı hər iki matçı buraxacaq. Qarşılaşmalar müvafiq olaraq, fevralın 16-sı və 23-də keçiriləcək.
Qeyd edək ki, Şahruddin Məhəmmədəliyev Azərbaycan milli komandasının da üzvüdür.

Həmçinin oxuyun

“Real Madrid” İspaniya çempionu oldu

“Real Madrid” İspaniya “La Liqa”sında cari mövsümünün qalibi olub. Komanda doğma meydanda “Kadis” klubuna üç …