Ana səhifə / Cəmiyyət / Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin edildi

Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin edildi

Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezident İlham Əliyev Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar naziri təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilib.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Ramin Namiq oğlu Quluzadə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilsin.
Prezidentin digər sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsindən azad olunub.
AzerTac

Həmçinin oxuyun

Yeni təyin olunan rektor kimdir? – DOSYE

Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında …

Bir cavab yazın