Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Bulvara yeni rəis təyin olundu

Bulvara yeni rəis təyin olundu

Prezident İlham Əliyev bu gün imzaladığı növbəti sərəncamla Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə yeni rəis təyin edib.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda qeyd olunur ki, İlqar Əziz oğlu Mustafayev Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi təyin edilsin.

Qeyd edək ki, İlqar Əziz oğlu Mustafayev bir neçə ay əvvəl Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə rəis təyin olunmuşdu.

***

Prezidentin digər sərəncamı ilə Əfqan Sərdar oğlu Şahmarov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın