Ana səhifə / Şou Biznes / “Deyəcəklər, pul yığmaq üçün ad günü edir” – Nüşabə

“Deyəcəklər, pul yığmaq üçün ad günü edir” – Nüşabə

Yubileyi yaxınlaşan Əməkdar artist Nüşabə Ələsgərli yeni yaşını kiçik bir məclislə qeyd edəcəyini vurğulayıb.

Sənətçi bu haqda “Zaurla Günaydın” verilişinə qonaq olarkən danışıb.

N. Ələsgərli bildirib ki, böyük məclis keçirsə, insanlar onun bunu pul yığmaq üçün etdiyini düşünəcək:

“Fikirləşirəm ki, ad günümü geniş, təmtəraqlı, toy kimi etsəm, insanlar başqa şeylər düşünər. Getdim restoranla danışdım, siyahı da tutduq ki, kimləri çağıraq. Sonra gəldim evdə oturdum, dedim, camaat biraz başqa şey düşünər. Deyəcəklər ki, pul yığır”.

Qeyd edək ki, müğənninin 21 dekabrda 55 yaşı tamam olur. Olay

Həmçinin oxuyun

Dilarə Əliyeva: “14 il keçib hələ də bir insanla küsülüyəm” – VİDEO

Əməkdar artist Dilarə Əliyeva başına gələn maraqlı əhvalatı danışıb. Aktrisa bildirib ki, yemək yeməyi ilə …