Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Sədərək” Ticarət Mərkəzi jurnalistin çıxışına reaksiya verdi- Video

“Sədərək” Ticarət Mərkəzi jurnalistin çıxışına reaksiya verdi- Video

“Sədərək” Ticarət Mərkəzi Azinforum.az İnformasiya Portalının rəhbəri Məhəmmədəli Qəriblinin bazardan hazırladığı reportaja münasibətini açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim Azinforum.az-a açıqlamasında bildirib ki, parklanma ilə bağlı bazarın ərazisində doğrudan da yeni işlər görülür: “Ancaq bu işlər sahibkarların vəziyyətini çətinləşdirməyə deyil, asanlaşmasına yönəlib. Hazırda bazara gələn alıcılar avtomobillərini park etməkdə çətinlik çəkirlər. Sahibkarlar üçün ayrıca dayanacağın yaradılması müştərilərin məmnunluğuna hesablanıb. Sahibkatlar üçün də çox rahat olacaq. Hələlik bu məsələ ilə bağlı heç bir əlavə tarif müəyyənləşməyib. Bu mövzu ilə bağlı yeniliklər haqqında ictimaiyyətə əlavə məlumatlar veriləcək”.

Qeyd edək ki, Məhəmmədəli Qəribli öz çıxışında demişdi ki, bazarda sahibkarlar üçün yeni dayanacaqlar yaradılır və bu ödənişli olacaq. Sahibkarlar hazırda bazara 50 qəpiyə girirlərsə, yeni qaydalara görə bu məbləğ bir qədər artıq olacaq. Faktiki olaraq, bazar rəhbərliyi də yeni park yerlərinin yaradıldığını təsdiq edib.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …