Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / İqtisadiyyat / Yeni taxıl böhranı başlayır?

Yeni taxıl böhranı başlayır?

Ukrayna regionun enerji sisteminə ziyan vurulduğuna görə Odessa limanlarından taxıl tədarükünü dayandırmaq niyyətində deyil. 

Bu barədə ölkənin aqrar siyasət naziri Mikola Solski “Reuters” agentliyinə bildirib.

Onun sözlərinə görə, limanlarda alternativ enerji mənbələrindən istifadə olunur: 

“Problemlər var, lakin treyderlərdən heç biri təchizatı dayandırmağı müzakirə etmir”.

Xatırladaq ki, dekabrın 10-da enerji obyektlərinə edilən hücumlardan sonra Odessanın əksər hissəsi və Odessa vilayəti işıqsız qalıb. Ukrayna Prezidenti Vladimir Zelenski daha sonra Odessa vilayətində 1,5 milyondan çox insanın işıqsız qaldığını və yalnız kritik infrastruktur obyektlərinin elektrik xətlərinə qoşulduğunu bildirib. Yerli hakimiyyət orqanları elektrik enerjisinin tam bərpa olunmasının iki-üç aya qədər vaxt apara biləcəyi barədə xəbərdarlıq edib.

Cebhe.info

Həmçinin oxuyun

“Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir

“Veysəloğlu Şirkətlər Qrupu”na daxil olan “Araz” supermarketlər şəbəkəsi mikro və kiçik sahibkarların istehsal etdiyi yerli …