Ana səhifə / Kriminal / Məşhur polkovnik Rəşad Məlikzadə də HƏBS EDİLDİ

Məşhur polkovnik Rəşad Məlikzadə də HƏBS EDİLDİ

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə xidmətinin rəisi Rəşad Məlikzadə həbs edilib.

 Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam edən cinayət işi üzrə Rəşad Məlikzadə 9 milyon manata yaxın mənimsəmədə təqsirləndirilir.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham verilib

Bakı Hərbi Məhkəməsində Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Məhkəmə vəsatəti təmin edib və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. APA

Həmçinin oxuyun

“Hansı şirkətlərlə işləmək, müqavilə məbləğlərini Zakir Həsənov və Nəcməddin Sadıxov müəyyənləşdirirdi”

Polkovnik: “4 il ərzində “Azersun Holding”dən 19.5 milyon manat geri alınıb” Müdafiə Nazirliyində 143 milyon …