Şənbə , Aprel 27 2024
Ana səhifə / İdman / Namik Ələskərovun komandasının azarkeşləri futbolçulara hücum etdi

Namik Ələskərovun komandasının azarkeşləri futbolçulara hücum etdi

Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi Türkiyənin “Bursaspor” klubunun azarkeşləri futbolçulara hücum ediblər.

Hadisə “timsahlar”ın “Bandırmaspor”a 2:4 hesabı ilə uduzduqları I Liqanın XXXVII tur matçından sonra baş verib.

Fanatlar komandanın aşağı liqaya düşməsinə qəzəbləniblər. Oyunçular təhlükəsizliyin olmadığını iddia edərək Bursaya qayıtmaq istəmədiklərini və Bandırmada qalmaq niyyətində olduqlarını bildiriblər. Futbolçular 3 saat yarım stadionda qalmalı olublar.

Komandanın kapitanı Burak Altıparmak avtobusdan düşərkən insident yaşanıb. Tərəfdarlar 32 yaşlı yarımmüdafiəçini söyüblər və ona hücum ediblər.

Qeyd edək ki, “Bursaspor” 35 oyuna 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.

Həmçinin oxuyun

Boksçumuz Avropa çempionatında III yeri tutub

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında yarımfinal döyüşünə çıxıb. Belə ki, …