Ana səhifə / Aktual / Nazir Namidan Piriyevə yüksək vəzifə verdi

Nazir Namidan Piriyevə yüksək vəzifə verdi

Bir müddət öncə Daxili İşlər Nazirliyinin tabeliyinə verilən Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) yeni rəhbər təyin edilib.

“ Azinforum.az ” xəbər verir ki, daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenantı Namidan Piriyev gətirilib.

Məlumatı DİN-in Mətbuat xidmətindən saytımıza təsdiqləyiblər.

O, bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, daha öncə İdarənin şöbə rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, NİİM bu il fevralın 7-də DİN-in tabeliyinə verilib. Qurum həmin tarixədək Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olub.

Həmçinin oxuyun

Naxçıvanda 5 MİLYONLUQ YEYİNTİ müəmması… 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti 2023-cü ildə muxtar respublikada keçirilən bəzi tədbirlərin təşkilatçılığını edib.TNS-ə ötən …