Şənbə , Aprel 27 2024
Ana səhifə / İqtisadiyyat / Oqtay Şirəliyevin oğluna yüksək vəzifə verildi

Oqtay Şirəliyevin oğluna yüksək vəzifə verildi

“Azərsığorta” şirkətinin (Azərbaycan Dövlət Kommersiya şirkəti) rəhbərliyinə yeni təyinat olub.

Belə ki, Murad Şirəliyev “Azərsığorta”nın İdarə Heyəti Sədrinin Müşaviri təyin edilib.

Murad Şirəliyev “APA-Economics”ə açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, Murad Şirəliyev 2000-2015-ci illərdə “Kapital Bank” ASC-nin İH-nin üzvü və sədr müavini, 2015-ci ildən 2018-ci ilə kimi isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-də İH sədrinin müavini vəzifəsində çalışıb.

O, sabiq səhiyyə naziri Oqtay Şirəliyevin oğludur.

Həmçinin oxuyun

Bu il Mərkəzi Bank banklara 2,3 milyard dollardan çox valyuta satıb

Bu gün – 25 aprel tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya …