Ana səhifə / Kriminal / Bakıda mağazada qızıl adı ilə dəmir boyunbağı satılıb – VİDEO

Bakıda mağazada qızıl adı ilə dəmir boyunbağı satılıb – VİDEO

Bakıdakı qızıl satışı mərkəzlərinin birində çalışan vətəndaş fırıldaqçılıqla üzləşib. Qızıl əvəzinə dəmir parçasına 200 manat pul ödəyən satıcı indi metalı aldığı qadını tapmağa çalışır.

Bir neçə gün öncə mağazaya yaxınlaşan orta yaşlı bir qadın özü ilə gətirdiyi dəmir boyunbağını qızıl adı ilə satıb.

Bütün bunlar isə mərkəzin təhlükəsizlik kameralarına düşüb.

Qızıl satıcıları isə deyirlər ki, son vaxtlar bu cür hallar tez-tez baş verir.

İllərdir ki, zərgər kimi fəaliyyət göstərən Teymur Aslanov heç kimin ağlına belə gəlməyəcək bir sirrin üstünü açıb. O deyib ki, satış məqsədilə gətirilən qızılların çəkisini bəzi hallarda süni olaraq artırırlar. Zərgərin sözlərinə görə, gün ərzində azı 2-3 belə fakt ilə qarşılaşırlar.

Həmçinin oxuyun

Saxta “Fairy”, “Domestos”, “Ariel” hazırlayan sex aşkarlandı – Video

Abşeron rayonunun Saray qəsəbəsindəki gizli sexdə xarici ölkələrin tanınmış əmtəə nişanlarından istifadə edilməklə keyfiyyətsiz yuyucu …